Hadisə

Lənkərandan Bakıya gələn mikroavtobus aşıb,xəsarət alanlar var

Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Report”a açıqlamasında deyib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanaya aparır.

O qeyd edib ki, yaralılardan 4-ü kişidir: “Kişilərdən biri Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, digər 5 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilir”.

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.