Hadisə

Qəbələdə ağır qəza: Ölənlər var (Video)

Qəbələ rayonunun Həmzəli kəndində “VAZ” markalı minik avtomobili körpüdən aşaraq qəzaya uğrayıb.

Hadisə yerinə cəlb olunmuş şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1987-ci il təvəllüdlü Əzimov Qulu Əhməd oğlunun və sərnişin, 1995-ci il təvəllüdlü İmanov Vüqar Mahir oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.