Rusiyanin Amur əyalətində dəmiryolları üzərində qurulan körpü çökərək, yüklə dolu qatarın üzərinə düşüb. Nəticədə Ermənistan vətəndaşı yaralanıb.
Körpü onun üzərindən yük maşını keçərkən aşıb. Nəticədə ciddi xəsarət alan erməni sürücü xəstəxanaya yerləşdirilib.
Faciə yaşanmazdan bir neçə saniyə öncə körpünün üzəri ilə gedən piyada heç bir xəsarət almadan zamanında keçməyi bacarıb. Həmçinin, körpünün altında hərəkətdə olan yük qatarı da zamanında keçid edə bilib./azvision.az