Tovuz rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumatın verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.Belə ki, “Mercedes” markalı mikroavtobusla “VAZ-2107” markalı minik maşını toqquşub və daha sonra idarəetmədən çıxan hər iki avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanlar var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində xəsarət alan sərnişinlər – Tovuz rayonunun Düz Cırdaxan kənd sakinləri, 2002-ci il təvəllüdlü Nərmin Seymur qızı Mustafayeva, 1956-cı il təvəllüdlü Elman Əsgər oğlu Hümbətov, 1990-cı il təvəllüdlü Elşən Sultanov və 1961-ci il təvəllüdlü Həqiqət Məhəmməd qızı Süleymanovadır. Hazırda müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralıların xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.