Tovuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əsrik-Cırdaxan kənd ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxıb və dərəyə yuvarlanaraq çaya düşüb.

Nəticədə 4 nəfər – Tovuz rayon Bayramlı kənd sakinləri – 1978-ci il təvəllüdlü Xəyalə Rəşid qızı Cəfərova, 1971-ci il təvəllüdlü Cəmil Kamil oğlu Cəfərov, 1962-ci il təvəllüdlü Rəşid Kamil oğlu Cəfərov və 1976-cı il təvəllüdlü Samirə Əli qızı Cəfərova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.