Noyabrın 1-i səhər saatlarında Şabran ərazisində “Mercedes” markalı yük avtomobili körpüdən aşaraq şəhər sakinin həyətinə düşüb.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobili yolunun 123-cü kilometrliyində, Şabran şəhəri ərazisindəki körpüdə baş verən qəza zamanı yük maşının sürücüsü yüngül xəsarətlər alıb. Avtomobilin düşdüyü həyətdə isə hadisə baş verən zaman heç kim olmadığından xəsarət alan olmayıb.

Qəza nəticəsində Azərbaycandan Rusiyaya naringi daşıyan yük avtomobilinə ciddi ziyan dəyib.

/faktxeber

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.