Avtoreyd.Az Gündəm Bakı Nəqliyyat Agentliyi “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunub

Bakı Nəqliyyat Agentliyi “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunub


Azərbaycan Mərkəzi Bankı cərimə, vergi, rüsum, kommunal və rabitə xidməti haqlarının və digər kütləvi ödənişlərin mərkəzləşmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasının təşkili məqsədilə yaradılmış “Hökumət Ödəniş Portalı”nın əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) ilə birgə fəaliyyət nəticəsində təşkilatın daxili informasiya resursu portala inteqrasiya olunmuş, dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə tətbiq edilən cərimələr üzrə ödənişlərin portal vasitəsilə qəbul edilməsi təmin edilib.

Noyabrın 2-dən balayaraq BNA-nın cərimə etdiyi fiziki və hüquqi şəxslər “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bankın və “Azərpoçt” MMC-nin 2 000-dən çox filial və şöbələrində, 1 000-ə yaxın ödəniş terminalında nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və İOS platformalı) istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada ödənişlərini apara bilərlər.

Related Post

“Neftçilər”dən “Xalqlar dostluğu” metrosuna olan hissədə hərəkət bərpa edilib“Neftçilər”dən “Xalqlar dostluğu” metrosuna olan hissədə hərəkət bərpa edilib

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, Qara Qarayev prospektində ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkətə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb. Belə ki, hərəkət prospektin metronun “Neftçilər”

Cəlilabad avtovağzalında avtobus problemi: qiymətlər də artırılıb – VİDEOCəlilabad avtovağzalında avtobus problemi: qiymətlər də artırılıb – VİDEO

Bayram istirahəti başa çatmasa da, bölgələrdən paytaxta qayıdan sərnişinlərin sayı çoxalıb. Xezerxeber.az-ın məlumatına görə, Cəlilabad avtovağzalında Bakıya getmək istəyən sərnişinlər həmin istiqamətdə marşrut olmadığı üçün saatlarla yolda gözləməli olublar. Rayondan