Tovuz rayonunda orta yaşlı kişini qatar vuraraq öldürüb.

“Report”un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1981-ci il təvəllüdlü Nemət Rüfət oğlu Həsənov qatarın altında qalaraq ölüb. İlkin məlumatlara görə, hadisə ehtiyyatsızlıqdan baş verib.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib.

Araşdırmalar davam etdirilir.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.