Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Balçılı kəndində yerləşən şadlıq evinin yaxınlığında qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil Gürcüstan dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı maşınla toqquşub. Nəticədə Göygöl rayon Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Həmzə qızı Bağırova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəza zamanı daha iki nəfər – 1958-ci il təvəllüdlü Rusiya vətəndaşı Əli Məmmədov və 1993-cü il təvəllüdlü Göygöl rayon sakini Mirmahal Ağabalayev müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Hacıqabulda iki maşın toqquşub.