Avtoreyd.Az Dörd çarx Bakı Nəqliyyat Agentliyindən sürücülərə müraciət (Foto)

Bakı Nəqliyyat Agentliyindən sürücülərə müraciət (Foto)


Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərə müraciət edib. 

Qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Babək prospekti kənar yolla Məzahir Rüstəmov küçəsinin kəsişməsində kommunikasiya xəttinin dəyişdirilməsi ilə əlaqədar qazıntı işləri aparılır: “Lakin iş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib. Yolda qazıntının olduğunu bildirən zəruri nişanlanma işləri təşkil edilməyib”.

“Bununla yanaşı, M.Rüstəmov küşəsində işıqlandırma olmadığından hərəkətin təhlükəsizliyi baxımından ciddi çətinliklər yaranıb. Qeyd edilənləri nəzərə alaraq sürücülərdən ehtiyatlı olmalarını xahiş edirik”, – o deyib.

Related Post

Azərbaycana elektrobus gətirilirAzərbaycana elektrobus gətirilir

Belarusun ictimai elektrikli nəqliyyat istehsalçısı olan “Belkommunmaş” şirkəti Azərbaycana 4 böyük tutumlu elektrobus təchizatına hazırlaşır. AvtoReyd.Az Belarus KİV-inə istinadən xəbər verir ki, avtomobillər Gəncə şəhərində bunun üçün xüsusi hazırlanmış marşrut üzrə sınaqdan keçiriləcək. Gələcəkdə yerli