Belarusun ictimai elektrikli nəqliyyat istehsalçısı olan “Belkommunmaş” şirkəti Azərbaycana böyük tutumlu elektrobus təchizatına hazırlaşır.

AvtoReyd.Az Belarus KİV-inə istinadən xəbər verir ki, avtomobillər Gəncə şəhərində bunun üçün xüsusi hazırlanmış marşrut üzrə sınaqdan keçiriləcək.

Gələcəkdə yerli avtomobil zavodunda elektrobusların birgə yığılması istehsalına başlanacaq.

Qeyd edək ki, əməkdaşlıq sazişi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Minsk müəssisəsinə səfəri zamanı imzalanıb.

 

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.