Bakıda marşrut avtobusu qəza törədib.   

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub.

Xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölüb.

Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.