Tovuz rayonunda yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun “Maşın bazarı” deyilən ərazisinin yaxınlığında qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik maşını ilə BMW markalı avtomobilin toqquşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Bunlar Tovuz rayon sakinləri – 1995-ci il təvəllüdlü İsgəndərov İbrahim Arzu oğlu və 1964-cü il təvəllüdlü İbrahimov İmran Əliş oğludur.

Hər iki yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.