Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Muğan bürosu xəbər verir ki, hadisə axşam saatlarında yeni Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində 1 nəfər ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin baş vermə səbəbləri və yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.