Çəkdiklərimiz

Qarşısında parklama qaydaları pozulan unudulmuş dayanacaq (Video+Foto)

Son vaxtlar parklanma qaydalarının pozulması hallarının sayının artması, o cümlədən taksilərin avtobus dayanacaqlarında, piyada səkilərində avtomobil park etmələri ilə əlaqədar aidiyyətı qurumların qəti addım atmağa vadar edib.Bu barədə biz tez-tez məlumat veririk.

Bu dəfə sizə Bakının 3-cü mikrarayon ərazisində yerləşən bazarın qarşısındakı parklamadan məlumat verəcəyik.Aydındır ki,bu kimi kobud şəkildə qayda pozan avtomobil sürücüsü heçdə tərifə layiq deyil…

Bu kimi sürücülərin qınağına tuş gəlsək belə yenə də mübarizə aparırıq,işıqlandırıb göstəririk ki,aidiyyatı qurumlar qəti addımlar atsınlar.Bəs görəsən Bakının mərkəzində yerləşən bazarın qarşısındakı bu dayanacaq nə üçün və kimə görə quraşdırılıb? Bəlkə burdan ümumiyyətlə avtobus keçmir? Bunu da dəqiqləşdirdik və müəyyən olundu ki,yox sən demə bu həqiqətən də avtobus dayanacağıdır.Amma dəqiq bu suallara Bakı Nəqliyyat cavab verməlidir.Bir sözlə sürücülərin kobud qayda pozuntuları və Bakı Nəqliyyat Agentliyinin diqqətindən yayınan ərazidə istər piyadalar istərsə də sürücülər əziyət çəkir.Piyadalar üçün nəzərdə tutlmuş səkidə park olunan avtomobillər həm piyadaların hərəkətinə maneə yaradır, həm də yolu daraldır ki,bu da ərazidə günün pik saatlarında tıxacın yaranma səbəbindən biridir.Sonra da deyirlər ki,tıxacın qarşısını necə alaq?

Biz çəkib işıqlandırdıq.Qaldı Bakı Nəqliyyat Agentliyinin işə icra etməyi.Mövzuya yenidən qayıdacayıq …

AvtoReyd.Az 3-cü mikrorayon adalanan ərazidə unudulan dayanacaq və dırnaqarası nümünəvi sürücülərinin parkladığı avtomobillərin yarandığı xaotik hərəkəti sizə təqdim edir:

 

 

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again