Mingəçevirdə idarəetmədən çıxan avtomobil hasara çırpılıb.
“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Samux küçəsində baş verib.
Belə ki, “VAZ 21015” markalı maşın idarəetmədən çıxaraq yol kənarındakı sexin daş hasarına çırpılıb. Nəticədə şəhər sakinləri – sürücü, 1985-ci il təvəllüdlü Qazıxanov Mahir Sadəddin oğlu və sərnişin, 1988-ci il təvəllüdlü Alıyev Anar Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



