Hacıqabul rayonunda baş verən yol qəzasında 1 nəfər ağır xəsarət alıb. 

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən arxadan sement daşıyan DAF markalı avtomobilə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin – Ucar rayonunun Şilyan kənd sakini, 1960-cı il təvəllüdlü Hacıyeva Zərqələm ağır xəsarət alıb.

Yaralı Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Yüngül xəsarət alan 3 nəfərə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.