Avtoreyd.Az Maraqlı Öz ixtirası ilə Leonardo Da Vinçini 600 il qabaqlayan, əndəlüslu müdrik (Hakim əl-Əndəlüs) ləqəbli Abbas İbn Firnas kimdir?

Öz ixtirası ilə Leonardo Da Vinçini 600 il qabaqlayan, əndəlüslu müdrik (Hakim əl-Əndəlüs) ləqəbli Abbas İbn Firnas kimdir?

| | 0 Comments | 23:30

Abbas İbn Firnas kimi tanınan, Əbu Əl-Qasım Abbas ibn Firnas ibn Virdas al-Takurini, məşhur ixtiraçı, mühəndis, pilot, həkim, ərəb şairi və əndəlüslu musiqiçi, bir sözlə əsl erudit, 8-ci əsrdə Kordova Xilafətində (müasir İspaniya) yaşayıb.

O, daha çox quş lələkləri ilə örtülmüş ipək parça və bambuk çərçivədən hazırlanan uçuş aparatında qayadan tullanmaqla bəşər tarixində insan tərəfindən idarə olunan, uğurlu uçuş həyata keçirən ilk şəxs kimi məşhurdur.

Bu uçuş zamanı Abbas İbn Firnas havada təxminən 10 dəqiqə qalmağı bacarsa da, eniş edərkən qəzaya uğrayıb və kürəyindən xəsarət alıb. Lakin hər zaman öz səhvlərindən nəticə çıxarıb və apardığı təcrübələr haqda kitab yazıb. Həmin kitabda isə uçuşu sabitləşdirmək üçün aparatda quyruğun olmasının vacibliyini vurğulayıb.

Dünya, Rayt qardaşlarını ilk uçuş aparatının yaradıcısı kimi xatırlaya bilər, amma ilk dəfə bu ideyanı öz kitabında sənədləşdirən və başqalarını da aeronavtikanın tədqiqatına ilhamlandıran şəxs, az tanınsa da Abbas İbn Firnas olub.

Uşaqlıq illəri və gəncliyi

Abbas İbn Firnas 810-cu ildə, Əndəlüsda, Kordova xilafətinin bir hissəsi olan İzn-Rand Ondada (müasir İspaniyanın Ronda şəhəri) anadan olub. O, etnik baxımdan əslən Şimali Afrikadan olan bərbər idi. Firnas “Afernas” sözündən əmələ gəlib, hansı ki, bu gün Mərakeş və Əlcəzairdə geniş yayılmış bir addır.

Kordova, Bağdadla yanaşı orta əsr islam sivilizasiyasının ən əhəmiyyətli mərkəzlərindən biri idi. Kordova xəlifəsi II Əl-Hakimin kitabxanasında təxminən 400 min kitab vardı. Gənc Abbas tibb elmini və astrologiyanı öyrənirdi, amma daha çox şəxsi ixtiraları ilə məşğul idi. O, həmçinin Əndəlüs klassik musiqisi və ərəb poeziyası ilə də maraqlanırdı.

Uşaqlıqda Firnas, hər şeylə çox maraqlanardı və diqqətini cəlb edən əşyaları sökərək, yenidən yığmağı sevərdi. O, ətrafında baş verən  istənilən hadisəni böyük maraqla müşahidə edirdi.

Karyerası

Abbas İbn Firnas müasir Cəbəli-Tariq (Böyük Britaniya), Mərakeş, Portuqaliya və İspaniyanın bir hissəsini əhatə edən Kordova Xilafətində yaşayırdı.

Böyük şöhrəti qazanan alim, Kordova xəlifələri II Abdurrahman və I Məhəmmədin sevimlisi idi.

875-ci ildə, Abbas, üzərinə qartal lələkləri tikilmiş ipək parçayla örtülmüş bambuk çərçivədən olan uçuş aparatını hazırlayıb. Aparata bərkidilən xüsusi asqı vasitəsi ilə o, asılı vəziyyətdə qalmaqla, qanadların hərəkətinə nəzarət edə bilib.

Alimə hazırladığı aparatın öyrənilməsini tamamlamaq və etibarlılığına tam əmin olmaq üçün çox vaxt lazım olub. Nəhayət o, öz ixtirasını nümayiş etdirmək üçün 70 yaşında Cəbəl Əl-Ərus qayalıqlarından tullanmağa qərar verib.

Abbas İbn Firnas bu əlamətdar hadisəyə şahid olmaq üçün insanları dəvət edərək, ixtirası müvəffəqiyyətlə nəticələnərsə, sağ qalacağı təqdirdə, onlara uçuş haqqında danışacağını vəd edib. Şahidlərin sözlərinə görə, o, qanadlarını yuxarı və aşağı yelləməklə, demək olar ki, 10 dəqiqə ərzində havada qala bilib.  Təəssüf ki, aparatın eniş mexanizmi tam işlənilmədiyindən, Firnas zərblə yerə dəyərək, kürəyindən ciddi zədə alıb.

O, bu uçuşdan sonra 12 il yaşayıb və avionika üzrə araşdırmalarını davam edib. Bir daha uçmağa təşəbbüs göstərməsə də, öz enişinin çatışmazlıqlarını tədqiq edib və belə nəticəyə gəlib ki, qanadlardan başqa sükanı idarə etmək və uçuşa nəzarət etmək üçün aparatın quyruğunun olması da gərəkdir.

                                                   Əsas işləri

Uçmaq cəhdindən başqa, əndəlüslu alim astronomiyanı da araşdırıb və mexanikiləşdirilmiş planetari hazırlayıb. Hansında ki, kainatda olduğu kimi bir-birinə nisbətən yerini dəyişməklə fırlanan planetlər yəni Günəş sisteminin modeli, səmada üzən buludlar, çaxan şimşək, guruldayan ildırım da təqdim olunub.

Bundan başqa o, məşhur Əndəlüs stəkanlarının istehsalında istifadə olunan yüksək keyfiyyətli şəffaf şüşəni hazırlamaq üçün büllur, kvars və qumla təcrübə aparıb. Abbas İbn Firnas, həmçinin şüşənin böyüdücü xüsusiyyətlərini tədqiq etməklə, görmə qabiliyyətini korreksiya edən linzalar da düzəldib.

Eyni zamanda o da məlumdur ki, alim, vaxtın izlənilməsi üçün Əl-Maqata adlı su saatını da hazırlayıb. Onun digər xidmətlərindən biri də dağ büllurunun emalı üsulunu tapmasıdır. Hansı ki, o zaman yalnız Misirdə məlum idi. Musiqiçilərə çox lazım olan metronomun ixtiraçısı da Firnasdır.

Abbas İbn Firnas bütün həyatını elmə həsr edib. Riyaziyyata, fizikaya, astronomiyaya və texnikaya aid çoxlu kitab yazıb, hansılar ki, Əndalus Universitetində tədris olunub. Onun ilk uçuşundan və gəldiyi nəticədən bəhs edən kitab, Leonardo Da Vinçi də daxil olmaqla uçmağa çalışan bir çoxlarının ilham mənbəyi çevrilib.

Bununla belə, onun ən böyük işi uçmaq cəhdi və başqalarını ilhamlandırmaqda davam edən avionika ilə bağlı kitab olub.

Nailiyyətləri

Firnas insan tərəfindən idarə olunan uçuşu Rayt qardaşlarından bir neçə yüzil əvvəl həyata keçirib. Uçuşun sabitləşməsi üçün qanadlar və quyruq arasındakı bağlılıq ilk dəfə Abbas İbn Firnas tərəfindən hazırlanıb və 1903-cü ildə Rayt qardaşlarının uçuş aparatının uğuruna təkan verib.

1979-cu ildə Planet sistemləri nomenklaturası üzrə işçi qrupu, alimin şərəfinə Ayda kraterlərdən birini “İbn Firnas” adlandırıb.

Bağdad hava limanı və Kordovada Qvadalkivir çayı üzərindəki körpü də alimin adını daşıyır. Liviyada onun şərəfinə poçt markası buraxılıb.

Şəxsi həyatı və irsi

Abbas İbn Firnas iraqlı musiqiçi Ziryabın böyük pərəstişkar idi. Hətta onun rəhbərlik etdiyi məşhur Kordova musiqi məktəbində ilk müəllimlərdən biri olub. Asudə vaxtlarında alim, klassik Əndəlüs musiqisini öyrənib və ərəb poeziyasını oxuyub. Firnas uzun ömür sürüb və 887-ci ildə dünyasını dəyişib.

Bəzi insanlar söyləyir ki, aldığı travmadan sonra onun həyatı yavaşısa da, ağlı iti idi və öz diqqətini elmi təcrübəsinin fiziki eksperimentlərindən, kağız üzərində yazıya çevirməyə yönləndirib.

Alimin ailə həyatı haqqında çox az məlumat var. Çünki onun tərcümeyi-halı o zaman qələmə alınmayıb.

AvtoReyd.Az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdırv

 

Related Post

Yaponiyada dünyada robotlarla çalışan ilk “tənbəl” mehmanxana fəaliyyət göstərir (Video)Yaponiyada dünyada robotlarla çalışan ilk “tənbəl” mehmanxana fəaliyyət göstərir (Video)

Avtoreyd.az  bildirir ki, Yaponiyanın Naqasaki şəhərində bütün əməkdaşları robotlar olan dünyada ilk mehmanxana fəaliyyət göstərir. Müştərilərin qeydiyyatı masası arxasında xanım-robot, dinozavr və kiçik android xidmət göstərir. Onlar nömrəyə yerləşməyi izah