Bu gün Bakı şəhərinin Xətai rayonunda avtobusa çırpılan minik avtomobilinin təhlükəli hərəkət etməsi nəticəsində ağır qəza baş verib.
Hadisə şahidlərinin AvtoReyd.Az-a verdiyi məlumata görə, “KİA Rio” markalı avtomobilin qəzadan əvvəl Babək prospektində yüksək sürətlə və təhlükəli hərəkət etdiyi deyilir. Yusif Səfərov küçəsindən dönüb Heydər Əliyev Əliyev prospekti istiqamətinə gedən avtomobil yol qovşağında 2 saylı marşrut xətti üzrə hərəkət edən marşrut avtobusuna çırpılıb. Avtomobili idarə edən sürücü, 1977-ci il təvəllüdlü Məmmədov Emin Vahid oğlu hadisə yerində vəfat edib.
Hadisə yerindən sizə video təqdim edirik: