BNA dəmiryol keçidlərində yol nişanlarıni əlavə etməyə başlayıb (Foto)

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt ərazisində mövcud dəmiryol keçidlərində yol nişanları və nişanlanmadakı çatışmazlıqların aradan qaldırılması işlərinə başlayıb.

Bu barədə AvtoReyd.Az–a BNA-dan bildirilib.

Qeyd edilib ki, görülən işlər çərçivəsində 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb: “Növbəti mərhələdə müvafiq nişanlanma işləri də aparılacaq”.

“Məqsəd, avtomobil yolları ilə dəmiryol xətlərinin kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi və qəza riskinin azaldılmasıdır”,- deyə məlumatda qeyd olunub.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.