Tovuz rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrinin sürücüləri Xəyyat Quliyev və Mübariz Xudiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.