Avtoreyd.Az Hadisə Kürdəmirdə “Toyota” markalı avtomobil arxadan “Mercedes”ə çırpılıb

Kürdəmirdə “Toyota” markalı avtomobil arxadan “Mercedes”ə çırpılıb


Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində baş verib.

Belə ki, 23 yaşlı İslamov Elsəvər Cümşüd oğlu nasaz vəziyyətdə olan “Mercedes” markalı avtomobilini yol kənarında saxlayıb. Bu vaxt Hüseynov Allahverdi Cəfər oğlunun idarə etdiyi “Toyota” markalı avtomobil arxadan “Mercedes”ə çırpılıb. Nəticədə  “Mercedes”in sərnişini xəsarət alıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

 

Related Post

AvtoReyd.Az Turkiyə mətbuatına istinadən xəbər verir ki,qəza nəticəsində 4 xəsarət alıb.Hadisə İstanbulun Esenyurt bölgəsində baş verib. Belə ki,yük avtomobili tikinti aparılan ərazidəki xəndəyə yuvarılanıb.Şahidlərin sözlərinə görə, avtomobil çox sürətlə hərəkət edib. Qəza nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşdıb.