Avtoreyd.Az Dörd çarx BNA nişanlanma xətləri və piyada keçidlərini iki komponentli boya ilə rəngləyəcək

BNA nişanlanma xətləri və piyada keçidlərini iki komponentli boya ilə rəngləyəcək


Paytaxtın inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eynisəviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb. Məqsəd yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırımaqdır. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq, bu barədə  AvtoReyd.Az – a  Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

İki komponentli boyaların əsas üstünlükləri aşağıdakılardır:

– Yüksək işıqqaytarıcılıq keyfiyyəti. İşıqqaytarıcılıqın artırılması üçün boyaya xüsusi şüşə kürəcikləri də əlavə edilir. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir.

– Uzun müddətli qalıcılıq. İki komponentli boyalar daha qalın olur və soyuq boyaya nisbətən uzun müddət keyfiyyətini itirmir.

– Daha asan yuyula bilən olması

Artıq 14 küçə və prospektdə qeyd edilən işlər yekunlaşdırılıb. Ümumilikdə son 4 ay ərzində Agentlik tərəfindən 107 küçə və prospektdə eyni səviyyəli piyada keçidləri yenilənib.

AvtoReyd.Az

Related Post

Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolu yenidən qurulurPadar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolu yenidən qurulur

Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən sistemli fəaliyyət çərçivəsində Oğuz rayonu Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş