Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az – a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Məmməd Araz və Nəsib bəy Yusifbəyli küçələrində 8 avqust tarixində saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.