Ucar rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Qəza bu gün Bakı-Qazax magistralının Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə şahidlərinin AvtoReyd.Az – a verdiyi məlumata görə, Bakı istiqamətində hərəkətdə olan “Range Rover” markalı 90 EX 747 dövlət nömrə nişanlı minik maşınının sürücüsü idarəetməni itirərək aşıb.
Nəticədə, Bakı sakinləri – 1970-ci il təvəllüdlü İbrahimova Firuzə İman qızı, 1989-cu il təvəllüdlü İbrahimova Humay Ramiz qızı və 2012-ci il təvəllüdlü İbrahimov Müseyib Rahib oğlu müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.