Avtoreyd.Az Dörd çarx BNA yol infrastrukturunda bir sıra dəyişikliklər həyata keçirilir

BNA yol infrastrukturunda bir sıra dəyişikliklər həyata keçirilir


Məhəmməd Hadi küçəsində yol hərəkətinin təhlükəsizliyinin artırılması, fövqəladə hallar zamanı operativ nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən yol infrastrukturunda bir sıra dəyişikliklər həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az – a verilən məlumata görə, nəzərdə tutulan işlər çərçivəsində Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb. Bu zaman müasir küçə dizaynının elementlərindən istifadə edilib. Əsas dəyişikliklər səkilərin yolun hərəkət hissəsinə doğru genişləndirilməsi vasitəsilə təşkil ediləcək ki, bunun da bir sıra üstünlükləri vardır.

Planlaşdırılan dəyişikliyin əsas üstünlükləri:

• Piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin edilməsi;

• Ərazidə müşahidə edilən xaotik parklanma vəziyyətinin nizamlanması;

• Yol kəsişmələrində nəqliyyat vasitələri üçün münasib dönmə radiuslarının təşkili;

• Avtobus və taksi minik avtomobilləri üçün xüsusi yerlərin ayrılması.

Qeyd edək ki, işlərin bu ay ərzində yekunlaşması nəzərdə tutulub. Analoji tədbirlər yol infrastrukturunun imkan verdiyi digər küçələrdə də icra ediləcək.

AvtoReyd.Az

Related Post

Cərimə protokolları bəzən sürücülərin narazılığına səbəb olur – SƏBƏB – AÇIQLAMA – VİDEOCərimə protokolları bəzən sürücülərin narazılığına səbəb olur – SƏBƏB – AÇIQLAMA – VİDEO

Dayanma-durma və parklanma ilə bağlı yol polisinin tərtib etdiyi bir çox protokol sürücülərin narazılığına səbəb olur. Xezerxeber.az-ın məlumatına görə, yol polisi parklanma üçün yetərincə yerin olduğunu, sürücülər isə yer tapmaqda çətinlik