Çəkdiklərimiz Gündəm

BNA-nın bu ərazidə tərtib etdiyi protokollara xitam veriləcək

Ötən gün oxucularımızdan biri BNA-nın tərtib etdiyi protokolla bağlı bizə müraciət edib. Bunu araşdırmaq üçün əraziyə baxış keçirməyi qərara aldım. Bakı şəhəri Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsindən Xocalı prospektinə dönəndən sonra əraziyə diqqətlə baxdıqdan sonra belə bir qərara gəldim ki, bu protokollar yalnış tərtib olunub. Bunu dəqiqləşdirmək üçün BNA-nın mətbuat xidmətinə müraciət etdim. BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev suallarıma cavab olaraq bunları dedi: 

«Bu ərazidə tərtib olunan potokollar texniki yanlışlıq kimi rəsmiləşib və qısa zamanda bu protokollara xitam veriləcək. İstəyir bir , istəyir sayı on olmağına baxmayaraq bu ərazidə tərtib olunan protokollara xitam veiləcək.»

Sonda onu da əlavə edim ki, Bakı şəhəri Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsindən Xocalı prospektinə dönəndən sonra metroya gədər  nəqliyyat vasitələrinin dayanma və durmanı qadağan edən heç bir nişan yoxdur və park etmə qaydalarını pozmamaq şərti ilə nəqliyyat vasitələrinizi orada saxlıya bilərsiniz. O, ki qaldı tərtib edilən protokollara BNA-nın rəsmisi bunların qısa zamanda ləğv ediləcəyini bildirdi.

Daha ətraflı təqdim edəcəyim videoda:

Это слайд-шоу требует JavaScript.

AvtoReyd.Az

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again