Bakının nəqliyyat sistemini qurub və səlahətləri artırılan qurmun evakuatoru bu dəfə özü qaydaları kobudcasına pozdu.
Sosial şəbəkədə birmənalı qarşılanmayan videoda BNA-ya məxsus evakuator Bakının Fizuli ilə Səməd Vurğun küçələrinin kəsişməsində nişanlama xəttinin tələbini pozaraq təhlükə yaradıb. Belə ki, yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərən 1.18 nişanlama xəttinin tələbini pozan evakutor sola dönməli olduğu halda düzünə hərəkət edib. Xatırladım ki, bu qayda pozuntusuna görə, Azərbaycan Respublikasının İnzibati Xətallar məcəlləsinin 327.1 maddəsinə əsasən 40 manat məbləğində cərimə edilir.
Həmin videonu sizə təqdim edirik: