Çəkdiklərimiz

Görəsən paytaxtın mərkəzində avtobusların hərəkətinə kim nəzarət edir?(Video)

“Bakı-Sumqayıt yolundakı növbəti faciəvi qəzanın nəticəsi çox ağır oldu. 5 nəfərin ölümünə, 23 nəfərin yaralanmasına səbəb olan fəlakətin günahkarı kimdir? Cavab olaraq isə bunu eşidəcəyik: “Biz bu barədə dəfələrlə demişik”. Bunu ekspertlər deyəcək. Bir qurum “mənim inzibati ərazim deyil”, digəri “həmin mikroavtobusun lisenziyası yox idi”, növbəti qurum isə “İnzibati Xətalar maddəsinə edilən dəyişikliyə görə hansısa quruma tabe edilib” deyəcək.Yekun olaraq isə həlak olan günahsız tələbələr və qeyri-qanuni fəaliyyət göstərən sürücü…Bu günlərdə Bakının 20 Yanvar ərazisində DYP-nin keçirdiyi reyd nəyi dəyişdi? Necə deyərlər: “Köhnə hamam, köhnə tas”. Bəs paytaxtın mərkəzində avtobusların hərəkətinə kim nəzarət edir?

Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki vəziyyəti əks edən videodan açıq-aşkar görünür ki, “BakuBus”a məxsus avtobus nişanın tələblərini pozaraq, sola tərəf hərəkət edir. Vəziyyətə nəzarət edən DYP mütəmadi olaraq eyni marşrut üzrə hərəkət edən avtobuslara cərimə tətbiq edirmi?

 

Tək bu ərazi deyil, eyni mənzərə Yasamal rayonu, Hüseyn Cavid prospeti  ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində də müşahidə olunur. Mütləq gərək itki ilə nəticələnən qəza baş versin ki, bir qurum digərinə, o biri qurumun rəsmisi də: “İstintaq başa çatdıqdan sonra hadisənin təfərrüatları ilə bağlı ətraflı məlumat veriləcək”  cavabı versin? Bəlkə hər qurum öz vəzifəsini layiqincə yerinə yetirsin? Bəlkə səhər evindən dərsə uşağını və ya yaxınlarını harasa yola salanlar elə gülər üzlə sağ- salamat yenidən qarşılasınlar onları?Sürücülərə gəldikdə isə inanmıram ki, şəhərin ortasında eyni qaydanı  mütəmadi olaraq pozsunlar, ən azı bildiyimiz kimi müasir “BakuBus” avtobusları kamera ilə təhciz olunub. Necə olur ki, küçənin kənarında iki dəqiqəlik avtomobilini saxlayıb bir yerə gedən adamın maşını bir göz qırpımında evakuatorla cərimə meydançasına aparılır, amma Bakı-Sumqayıt yolundakı yük avtomobilini həmin ərazidən çıxara bilməyiblər. İnanın ki,adı çəkilən ərazidə kimsə öz şəxsi avtomobili ilə yol ayrıcında avtobus kimi qayda pozsa dərhal cəzalanacaq. Sözümün canı odur ki, paytaxtda Yol Patrul Xidməti ilə Nəqliyyat Agentliyi birgə çalışaraq, heç bir marşruta güzəşt etmədən nəzarəti gücləndirsələr nə qayda pozuntuları,nə qəzalar, nə də itkilərin sayında artım müşahidə olunar.

R.H.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again