Nobel prospekti Nargilə dairəsi yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AvtoReyd.Az Redaktor.az-a istinadən  xəbər verir ki, qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırmaya başlanılıb. İlkin məlumata görə , idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə, daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Həmçinin, minik avtomobili sürücüsünün sənədlərinin olmadığı bildirilir.

Hadisəyə dair digər detallar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.