Çəkdiklərimiz

99-YP-473 qeydiyyat nişanlı YPX ekipajından təhlükəli anlar

«Yol polisi sükan arxasında həqiqətən qayda pozursa, o da adi sürücülər kimi qanunla cərimələnməlidir»

Yol hərəkəti qaydalarına riayət etmək hər bir şəxsin borcudur. Hətta xüsusi qaydada əməliyyat yerinə yetirməyən yol polisləri belə, yolda sayrışan işıq siqnalları («miqalka») söndürmüş halda hərəkət edirlərsə, bu zaman adi sürücü kimi yol hərəkəti qaydalarına əməl etməlidirlər. Amma təəssüf ki, çox zaman yol polisi əməkdaşlarının hətta qeyri-iş zamanı belə, «xüsusi imtiyazlı şəxs» kimi qaydaları pozmasının şahidi oluruq. Belə bir qayda pozuntusu bir neçə saat bundan əvvəl Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, Həsən Əliyev küçəsində hərəkət edən 99-YP-473 qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin sürücüsü sola dönərkən yol nişanının tələbini pozub və qarşıdan gələn maşına yol verməyib, bir sözlə yol ayrıcılarının keçmə qaydalarının pozub.

Yol hərəkəti qaydalarında, operativ nəqliyyat vasitələrinin (bunlara yanğın söndürən, təcili yardım, yol polisi və digərləri aiddir) xüsusi sayrışan işıq siqnallarını qoşaraq müəyyən işi icra etmək üçün qaydaları poza bilər. Bu zaman bütün sürücülər həmin operativ nəqliyyat vasitəsinə yol verməlidirlər. «Yol hərəkəti haqqında» qanunun 74-cü maddəsində deyilir ki, operativ nəqliyyat vasitələrinin sürücüləri xidmət zərurəti ilə bağlı olduqda, təhlükəsizlik qaydalarına riayət etməklə qaydaları poza bilərlər. Amma izləyicimiz tərəfindən qeydə alınan videoda açıq-aşkar görünür ki, sayrışan işıq siqnalları söndürülən 99-YP-473 qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin sürücüsü qarşıdan gələn avtomobilə təhlükəli anlar yaşadıb.

Xatırladım ki, bu qayda pozuntusuna görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 madəsinə uyğun olaraq 3 bal və 60 manat məbləğində cərimə nəzərdə tutulur.

Ümid edirəm ki, aidiyyəti orqanlar bu məsələni aydınlaşdıracaq. Yol polisi sükan arxasında həqiqətən qayda pozursa, o da adi sürücülər kimi qanunla cərimələnməlidir.

AvtoReyd.Az

 

 

 

 

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again