Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, avtoqəza Bakı-Qazax magistralının Goranboyun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” markalı yük maşını ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla əlaqədar araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.