Yasamal rayonunda taksi fəaliyyəti göstərən avtomobil yanıb.

Hadisə ötən gecə Ziya Bünyadov prospektində baş verib.

AvtoReyd.Az Apa-ya istinadən xəbər verir ki, A.Salamzadə küçəsilə hərəkətdə olan “BMW” markalı minik avtomobili Ziya Bünyadov prospektinə keçərkən anidən alışıb.

Dərhal əraziyə FHN-in Yasamal Rayonu üzrə Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğın söndürülüb.

Yasamal Rayon Polis İdarəsinin və DYP əməkdaşları Ziya Bünyadov prospektində digər hadisənin baş vernəməsi üçün hərəkəti dayandırıb.

Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.