Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10.5-ci kilometrindən 11.5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə təmir işləri davam etdirilir.

Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib. O bildirib ki, aparılan təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb: 

“Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Qeyd olunan ərazidə Dövlət Yol Polisi əməkdaşları fasiləsiz olaraq xidmət aparır”.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.