Avtoreyd.Az Gündəm Ayna Sultanova parkında təmir yolda qəza riskini artırır

Ayna Sultanova parkında təmir yolda qəza riskini artırır


Bakıda bir parkda aparılan təmir işləri nəqliyyatın hərəkətinə mane yaradır. Xüsusən də günün pik saatlarında hərəkətin intensiv olduğu vaxt yolda qəza riski çox olur. Sürücülər və yol hərəkəti üzrə ekspertlər həmin ərazi ilə bağlı maraqlı təklif edirlər.

AvtoReyd.Az xəbər verir ki, 5 il əvvəl təmirə bağlanan parkın dəmirdən olan hasarı nəqliyyatın hərəkətinə ciddi maneə yaradır.

Söhbət 2014-cü ildə əsaslı təmirə bağlanan paytaxtın Binəqədi rayonundakı Ayna Sultanova parkından gedir. Sözügedən parkda iş getdiyindən ətrafı dəmirlə hasarlanıb. Atatürk prospeki ilə gələn nəqliyyat vasitələri üçün parkın ortasından geriyə ”u” dönüşü verilib. Amma həmin dəmir hasarlar geri dönüşə daxil olan nəqliyyat vasitələrinin sürücülərinə, sağda gələn avtomobilləri görməsinə böyük mane yaradır.

Sürücülər deyir ki, həmin ərazidə böyük avtomobil saxladıqda isə keçmək daha da çətinləşir və qəza riski çox olur. Onlar təklif edirlər ki, parkda təmir işlərini icra edən şirkət həmin dəmir hasarları söksünlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da həmin ərazinin sürücülər üçün təhlükəli olduğunu deyir. Ekspertin sözlərinə görə, ”yol hərəkəti haqqında” qanunun 71-ci maddəsində də var ki, bütün ərazilərdə hər hansı bir iş icra edilərkən ən vacib məsələ yolda təhlükəsizliyi təmin etməkdir. Yəni orda yol nişanlarının müvəqqti qoyulmasından tutmuş, yol cizgi xətlərinin çəkilməsinə qədər hamısı olmalıdır.

Qeyd edək ki, həmin ərazidə ən çox təhlükəli vəziyyət günün pik saatlarında avtomobil sıxlığı zamanı yaşanır.

AvtoReyd.Az

Related Post