Avtoreyd.Az Hadisə Azərbaycanda DƏHŞƏTLİ QƏZA – 4 ölü, 2 yaralı

Azərbaycanda DƏHŞƏTLİ QƏZA – 4 ölü, 2 yaralı


Siyəzəndə 2 minik avtomobili toqquşub. Hadisə nəticəsində 4 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb. Goranboyda isə minik avtomobilinin yük maşını ilə toqquşması ölümlə nəticələnib. Abşeronda da ölümlə nəticələnən qəza baş verib.

Minik avtomobillərinin toqquşması 4 nəfərin ölümü ilə nəticələnib.

Ağır qəza Bakı-Quba-Rusiya sərhədi yolunun Siyəzəndən keçən hissəsində baş verib. Xaçmaz sakini, 40 yaşlı Hüseyn İsmayılovun idarə etdiyi minik avtomobili Bakı sakini, 40 yaşlı Səbuhi Quliyevin minik maşını ilə toqquıub. Sürücülər Hüseyn İsmayılov və Səbuhi Quliyev, eləcə də minik avtomobillərindən birində olan 2 nəfər qadın hadisə yerində dünyasını dəyişib. Digər maşındakı sərnişinlər, Xaçmazın Qarabağlı kənd sakini, 61 yaşlı Mehriban Vəliyeva və nəvəsi Sevgi isə müxtəlif xəsarətlərlə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətləri orta ağırdır.

Goranboyda isə minik avtomobilinin yük maşını ilə toqquşması ölümlə nəticələnib. 54 yaşlı Arzu Məmmədovun idarə etdiyi minik avtomobili Rəsul Rza küçəsində yük maşını ilə toqquşub. Sürücü Arzu Məmmədov hadisə yerində ölüb. Onun meytini əzilmiş avtomobildən xilasedicilər çıxararaq adiyyəti üzrə təhvil veriblər. 36 yaşlı Arzu Abbasov isə ağır bədən xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanlarda birinə göndərilib.

Abşeronda isə minik avtomobili yoldan çıxaraq çuxura düşüb. Hadisə Bakı-Quba yolunun Saray qəsəbəsindən keçən hissəsində baş verib. Zamin Abbasov idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və maşın yoldan çıxaraq aşıb. Zamin Abbasov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

https://www.youtube.com/watch?v=xUVkWZ1llD4

AvtoReyd.Az

Related Post

Relslər üzərinə düşmüş nəhəng yük avtomobilini lokomotivin köməyi ilə kənarlaşdırdılar. (Video)Relslər üzərinə düşmüş nəhəng yük avtomobilini lokomotivin köməyi ilə kənarlaşdırdılar. (Video)

AvtoReyd.Az  məlumat verir ki,Soçidə yük maşınının sürücüsü idarəetməni itirərək yüksəklikdən dəmir yoluna düşdü.Qəza nəticəsində avtomobil sürücüsü sağ qalsada xəsarət alıb.Onun vəziyyəti haqqında əlavə məlumatlar yoxdur.Dəmir yolu mətbuat xidmətinin yerli bölməsinin