Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.

“Porsche” markalı avtomobili yüksək sürətlə idarə edən sürücü qəfil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaclara, daha sonra “Renault” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə yerinə yol patrul xidməti müfəttişləri cəlb olunub, qəzanın səbəbləri araşdırılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.