Avtoreyd.Az Hadisə Gecə saatlarında Bakıda zəncivari qəza baş verib, xəsarət alan var

Gecə saatlarında Bakıda zəncivari qəza baş verib, xəsarət alan var


Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki, qəza 4 mikrorayon, Hüseyn Seyidzadə küçəsində baş verib.

Polad Əliyev idarə etdiyi “Fiat Doblo” markalı nəqliyyat vasitəsilə müəyyən edilmiş hissədən əsas yola çıxmaq istəyərkən əks istiqamətdən yüksək sürətlə gələn “Opel” markalı avtomobil ona çırpılıb.

Zərbənin gücündən “Fiat Doblo” aşaraq kənarda hərəkətsiz vəziyyətdə dayanan “KİA” markalı avtomobilin üzərinə düşüb.

Qəza zamanı “Fiat”-ın sürücüsü P.Əliyev xəsarət alıb.

Hadisə yerində Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən araşdırma aparılır.

 

View this post on Instagram

 

A post shared by AvtoReyd.Az-xeber (@avtoreyd.az) on

AvtoReyd.Az

Related Post

Bakıda yol niyə çöküb?Bakıda yol niyə çöküb?

Bakıda avtomobillərin intensiv hərəkət etdiyi əsas yollarından birində çökmənin səbəbi araşdırılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bir neçə

Bakıda avtomobil aşdıBakıda avtomobil aşdı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Mikayıl Əliyev küçəsində “Azsamand” markalı avtomobillə “Kia rio” markalı avtomobillər toqquşub. Qəza nəticəsində