Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində yüksək sürətlə hərəkətdə olan “Mazda” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı beton maneəyə çırpılıb.

Hadisə zamanı bir nəfər – Sənan Əliyev ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan biri sərnişin Fərid Əliyevdir. Digər iki nəfərin adı isə hələlik məlum deyil.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.