Avtoreyd.Az Hadisə Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb

Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb


Lənkəranda avtomobil qadın piyadanı vuraraq öldürüb.

AvtoReyd.Az “Report”a istinadən verdiyi məlumata görə, hadisə Qumbaşı kəndində baş verib.

Rayonun Liman şəhər Həzi Aslanov küçəsində yaşayan təxminən 55-60 yaşlı Balaqız Abdulhüseyn qızı Quliyevanı “VAZ-2107” markalı avtomobil vuraraq hadisə yerindən qaçıb. Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, müayinə zamanı onun öldüyü müəyyənləşib. Qəza şahidlərinin məlumatı əsasında hadisəni törədən “44-BN-751″ dövlət qeydiyyat nişanlı,”VAZ-2107” markalı avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Yükdaşıma şirkəti vətəndaşın 3000 manatlıq qab-qacağını qırıb – VİDEOYükdaşıma şirkəti vətəndaşın 3000 manatlıq qab-qacağını qırıb – VİDEO

Paytaxt sakini Orxan Qəhrəmanov 188 yükdaşıma xidmətindən narazıdır. O. Qəhrəmanov üzləşdiyi problemlə bağlı”Yeniavaz.com”saytına müraciət edib və problemin ictimailəşdirilməsini xahiş edib. Şikayətçi bildirir ki, ev əşyaları Masazırdan 7-ci mikrorayona daşınarkən 3000