Avtoreyd.Az Hadisə Bakıda YPX əməkdaşını başından bıçaqladılar – dəhşətli anlar kamerada

Bakıda YPX əməkdaşını başından bıçaqladılar – dəhşətli anlar kamerada


Bakıda YPX əməkdaşını öldürmək istəyənlərin dəhşətli əməlinin görüntüsü ortaya çıxıb.

AvtoReyd.Az xəbər verir ki, hadisə ötən ilin iyunun 15-də baş verib. ARB-nin “Kriminal” verilişində baş verən hadisənin görüntüləri tamaşaçılara təqdim olunub.

Elman Sadıxov və Elçin İbrahimov Dövlət Yol Polisinin əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb. E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib.

Sürücü yol polisinin tələbinə əməl etməyib. Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun bıçaqla baş nahiyəsindən vurublar.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.

Daha sonra polis əməkdaşını bıçaqlayan şəxslər saxlanılıb.

 

View this post on Instagram

 

Bakıda YPX əməkdaşını öldürmək istəyənlərin dəhşətli əməlinin görüntüsü ortaya çıxıb.

A post shared by AvtoReyd.Az-xeber (@avtoreyd.az) on

AvtoReyd.Az

Related Post

Bakı-Sumqayıt yolu bağlandıBakı-Sumqayıt yolu bağlandı

Bakı-Sumqayıt yolu birtərəfli bağlanıb.  AvtoReyd.Az-ın bakupost.az-a istinadən xəbər verir ki, artıq bir neçə gündür Sumqayıtdan Bakı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Buna səbəb isə şosenin Xırdalan hissəsində yerüstü piyada keçidinin tikilməsidir.

Bakı-Sumqayıt yolundakı dəhşətli qəzanın +18 VİDEOsuBakı-Sumqayıt yolundakı dəhşətli qəzanın +18 VİDEOsu

Bakı-Sumqayıt magistralında baş vermiş qəzanın görüntüləri yayılıb. AvtoReyd.Az Missiya.Az-a istinadən xəbər verir ki,magistralın 9-cu kilometrliyində “Toyota” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarında dayanmış Kamaz markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində sürücü sıxılmış vəziyyətdə avtomobildə