Avtoreyd.Az Hadisə İmişlidə baş verən qəza nəticəsində sürücü ölüb

İmişlidə baş verən qəza nəticəsində sürücü ölüb


İmişli rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncəliyev Vüsal Mustafa oğlunun idarə etdiyi “Renault Megane” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Peterburq şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib – VideoPeterburq şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib – Video

Fevralın 24-ü gecə saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az xəbər verir ki, Nevski prospektində “BMW X6” markalı avtomobil ilə hərəkətdə olan 30 yaşlı