Bir neçə dəqiqə bundan əvvəl Milli Konservatoriyanın qarşısında nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin AvtoReyd.Az-a verdiyi məlumata görə, Yasamal rayonu Space TV-nin arxasında yerləşən Ələsgər Ələkbərov kucəsində geri dönmək istəyən “Mersedes” markalı avtomobil qarşıdan gələn yük maşınına çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, “Mersedes”-ə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.