Rusiya müğənnisi Valeriyanın kiçik oğlu Arseni Şulgin Leninqrad vilayətində qəzaya düşüb və xəstəxanaya yerləşdirilib.
Hadisə haqqında “Life”a müğənninin həyat yoldaşı, prodüser İosif Priqojin danışıb.
“Şükür Allaha, hamı sağ-salamatdır. Onun dodağını tikiblər. Sükan arxasında qız rəfiqəsi olub. Heç nə əlavə edə bilmərəm”, – deyə Priqojin bildirib.
Arseni öz “Instagram” səhifəsində paylaşdığı videoda bildirib ki, qəza trasda buz örtüyü olduğuna görə baş verib.