Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az-ın  Trend-ə istinadən məlumatına görə, qəza Aeroport yolunda üzü Mərdəkan istiqamətində qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib. “Jeep”, “Opel” və “Saipa” markalı avtomobillər arasında baş verən zəncirvari qəzada xəsarət alanın olduğu da deyilir.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Adıçəkilən ərazidə avtomobillər arasında sıxlıq müşahidə olunur.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.