Quba rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2107” markalı avtomobil yol kənarında dayanmış yük avtomobilinin arxa hissəsinə çırpılıb. Hadisədə xəsarət alan olmasa da, yük avtomobili və “VAZ-2107” markalı avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.