Maraqlı

Avtomobildə qəza törətdiyi üçün azadlıqdan məhrum edilən aktyor

ARB-nin «Rezonans» verilişi 6 il həbs cəzası almış Atakişi Musayev adlı aktyorla həmsöhbət olub.

AvtoReyd.Az xəbər verir ki, idarə etdiyi avtomobildə qəza törətdiyi üçün azadlıqdan məhrum edilən məhkum Xocalı soyqırımının ildönümü öncəsi həbs olunduğunu deyir:

«Hakimə dedim ki, heç olmasa 1 həftə vaxt verin, tamaşamı oynayım. Razı olmadılar».

Atakişi Şabran şəhərindəki Mədəniyyət evində aktyor kimi fəaliyyət göstərib. Molla Nəsrəddin, Qazan xan, Şəhid ata, Kosa və bir çox obrazlar yaradıb. Bir neçə yaradıcılıq dərnəyi yaradıb. Uşaqlarla işləyib. Bir neçə musiqi alətində ifa edə bilir. Özünün dediyinə görə, şimal bölgəsində onun kimi tütək çala bilən yoxdur. Atakişi deyir ki, həmişə xeyirxah işlər görüb. Bərbər, sürücü kimi insanlara xidmət göstərib.

Atakişi həbsxanada da yaradıcılıqdan uzaq düşməyib. O, həbsxananın ansanblının rəhbəridir.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again