Avtoreyd.Az Hadisə Velosipedçini vurub öldürən avtobus sürücüsü ələ keçdi

Velosipedçini vurub öldürən avtobus sürücüsü ələ keçdi


Bakıdaavtobus sürücüsüvelosipeçini vurub vəhadisə yerindən qaçıb.Ağırxəsarət alanvelosiped sürücüsü hadisə yerində dünyasını dəyişib. Qaçıb gizlənən şəxsipolisi sonradan saxlayaraq,istintaqa cəlb edib.

Avtobus sürücüsü velosipedçini belə vurub.

Görüntülər hadisənin bir neçə metrliyində olan avtomobillərdən birinin ”video-qeydiyyat” cihazı tərəfindən çəkilib. Hadisə dekabrın 20-dəgünorta saatlarında Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində baş verib. Polisə məlumat daxil olub ki, paytaxt sakini 46 yaşlı Roman Nəsibov velosipedlə hərəkət edən zaman naməlum avtomobil tərəfindən vurulub. Həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerini dünyasını dəyişib. Sürücü isə velosipedçiyə heç bir yardım göstərməyərək qaçıb.

Polis əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən131 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Xanağa Novruzovu saxlayaraq istintaqa təqdim edib.

Qeyd olunan faktla bağlı Xanağa Novruzov barəsində cinayət işi başlanıb, istintaq davam etdirilir.

AvtoReyd.Az

Related Post