Abşeron rayonunda iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var.

AvtoReyd.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

Sumqayıt istiqamətində hərəkətdə olan 99-TK-253 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobil 99-SJ-424 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı nəqliyyat vasitəsi ilə toqquşub. “Mercedes” də öz növbəsində dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində “Mercedes”də olan Samirə Ağayarova ağır bədən xəsarəti alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.