Bakıda yol-hərəkəti qaydasını kobudcasına pozan avtobus sürücüsü cəzalandırılıb.
AvtoReyd.Az News24.az-a istinadən məlumat verir ki, yolun əks hərəkət zolağına çıxan avtobus sərnişinlərinin həyatını təhlükəyə atıb. Bu zaman öz yolu ilə hərəkət edən post-patrul polisi avtomobili marşrut avtobusunun qarşısında dayanaraq onun yolunu kəsib.
PPX əməkdaşları avtobus sürücüsü barəsində tədbir görülməsi üçün yol polisinə məlumat verib.